İsrail PUA-sı Livanın cənubunda süqut edib
Bu gün səhər sionist rejimin bir ədəd pilotsz uçan aparatı (PUA) Livanın cənubunda süqut edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İsrail PUA-sı Livanın cənubunda yerləşən "Məryəm Halqası" məntəqəsində, Bərəşit və Beyt Yahun qəsəbələri arasındakı əraziyə süqut edib.
Livanın Əl-Minar telekanalının verdiyi məlumata görə, bu PUA-nın süqut etməsindən dərhal sonra İsrail rejiminin bir başqa pilotsuz uçan aparatı onu hədəfə alaraq, məhv edib.
BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə baxmayaraq, İsrail rejimi Livana qarşı düşmənçilik siyasətlərini fasiləsiz olaraq intensiv şəkildə davam etdirir.
1701 saylı qətnamə İsrailin Livana qarşı 33 günlük savaşının ardınca qəbul olunub və sionist rejimə Livana qarşı düşmənçilik hərəkətləri həyata keçirməsini qadağan edir.