Vəlid bin Təlal azadlığı müqabilində hər ay 30 milyon dollar ödəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300338-vəlid_bin_təlal_azadlığı_müqabilində_hər_ay_30_milyon_dollar_ödəyir
"Tayms" qəzeti yazır: Ərəbistanlı milyarder şahzadə Vəlid bin Təlal azadlığı müqabilində hər ay bu ölkə hökumətinə 30 milyon dollar ödəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2018 10:01 Asia/Baku
  • Vəlid bin Təlal azadlığı müqabilində hər ay 30 milyon dollar ödəyir
    Vəlid bin Təlal azadlığı müqabilində hər ay 30 milyon dollar ödəyir

"Tayms" qəzeti yazır: Ərəbistanlı milyarder şahzadə Vəlid bin Təlal azadlığı müqabilində hər ay bu ölkə hökumətinə 30 milyon dollar ödəyir.

Vəlid bin Təlal 2017-ci ilin sonlarında onlarla digər şahzadə ilə birlikdə Ərəbistan vəliəhdi  Məhəmməd bin Salmanın "korrupsiya ilə mübarizə" adı altında başlatdığı kampaniya çərçivəsində həbs olunub.

"Tayms" qəzetinin yazdığına görə, Ərəbistanın ən varlı adamı azad edildikdən sonra dövlət büdcəsinə yüzlərlə milyard dollar vəsait ödəməyə məcbr olub.

Bu məlumata görə, Ərəbistanın ən varlı və tanınmış şahzadələrinin Məhəmməd bin Salman tərəfindən həbs edilməsi, onun ölkənin hazırkı idarəetmə üsuluna dəyişikliyin edilməsi yolunda atdığı ən cəsarətli addım sayılır.

Analitiklər bu addımı Ərəbistan vəliəhdinin krallıq taxtına yiyələnmək yolunda qarşısında duran maneələrin aradan qaldırılması və rəqiblərin zərərsizləşdirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirirlər.

"Tayms" qəzeti yazır Vəlid bin Təlalın həbs edilməsi dünya üçün şok effektinə malik idi. O, "Dörd Fəsl" otellər şəbəkəsinin sahibidir. "Tvitter" ictimai şəbəkəsi və Yaxın Şərqin ən böyük telekanallarından olan  "Rotana"da böyük paylara malikdir. Onun mal varlığı 17 milyard dollar təxmin edilir.

Deyilənlərə görə, Təlal azadlığı üçün 6 milyon dolar ödəyib.