"Torpaq Günü"ndən "Səfalət Günü"nə uzanan tale yüklü günlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300364-torpaq_günü_ndən_səfalət_günü_nə_uzanan_tale_yüklü_günlər
Dünən işğal edilmiş Fələstində qanlı cümə idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2018 16:19 Asia/Baku
  • "Torpaq Günü"ndən "Səfalət Günü"nə uzanan tale yüklü günlər

Dünən işğal edilmiş Fələstində qanlı cümə idi.

 

Sionist rejim hərbçiləri dünən fələstinlilərin “Torpaq Günü” münasibəti ilə Qəzzədə təşkil etdikləri “Qayıdış haqqı” adlı yürüşünə hücum edərək, onlarla fələstinlni şəhid edib, mindən çox insanı da yaralayıblar. Qanlı cümə günündə 16 fələstinlinin şəhid edildiyi və 1200 nəfərin yaralandığı bildirilir. Bu münasibətlə Fələstin Özünüidarə Hökuməti ümumi matəm elan edib. Həmçinin, BMT-nin Təhlükəsizlik Şurası da dünən axşam fövqəladə iclas təşkil edib.

Bu, dünən sionist rejim hərbçiləri tərəfindən şəhid edilmiş fələstinlilərdən biridir. İndi ailəsi və azyaşlı övladı onunla vidalaşırlar.

Dünən Fələstində “Torpaq Günü” idi. Təqribən 40 il öncə belə bir gündə İsrail hərbçiləri öz torpaqlarını geri almağa cəhd göstərdiyi üçün 6 fələstinlini şəhid etmişdi. Bu münasibətlə fələstinlilər hər il 30 mart tarixində yürüş təşkil edərək, işğalçılıq əleyhinə şüarlar verirlər. Dünən də Qəzzə və Qərb Sahilinidə “Qayıdış Haqqı” adı altında fələstinlilərin böyük yürüşü təşkil edilmişdi.

Həmas-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyyə yürüş iştirakçıları qarşısında etdiyi çıxışında deyib: “Fələstin xalqı heç vaxt Qüdsə göz yummayacaq və Fələstin üçün hansısa alternativ yoxdur. Yeganə həll yolu vətənə qayıdışdır. Bu gün Fələstin xalqı burda bir araya gələrək Trampa Qüdsdən vaz keçməyəcəyini deyir. Fələstin üçün alternativ yoxdur və yeganə həll yolu vətənə qayıdışdır. Bu yürüş fələstinlilərin öz vətənlərinə qayıtması üçün bir başlanğıcdır.”

 

Sionistlər də öz cinayətlərinin ildönümündə yenidən cinayətə əl atıblar. Amma, bu dəfə daha böyük cinayətə. Bu dəfə 16 fələstinlini şəhid edib, 1200-dən çox insanı da yaralayıblar. İsrailin müharibə naziri işğal edilmiş ərazilərin sərhəd nöqtəsinə yaxınlaşan hər bir kəsin öz həyatını təhlükəyə atdığını deyib. Fələstinlilərə yaxınlaşmağa cürət etməyən sionistlər bu dəfə zəhərli qaz bombalarını dronlardan istifadə edərək, göydən yağdırıblar. Amma, sionistlərin bu vəhşiliyi Türkiyə, Misir, İordaniya, Livan və Yəmənin etiraz səslərinin  yüksəlməsinə səbəb olub.

Küveyt, Çin, Qazaxıstan, Boliviya və İsveç isə dünən Təhlükəsizlik Şurasının iclasında İsrailin cinayətlərinə etiraz ediblər. Hətta, ABŞ, Britaniya və Fransa belə İsrailin cinayətini aşkar formada müdafiə etməyə qadir olmayıblar. 

Fələstinlilər isə öz etiraz aksiyalarını İsrail rejiminin təsis edilməsinin ildönümü gününə, “Səfalət Günü”nə kimi davam etdirəcəklərini bildiriblər. ABŞ prezidenti Donald Tramp “Səfalət Günü”ndə Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə  köçürülməsi fitnəsini rəsmiləşdirmək niyyətində olduğunu açıqlayıb.

Hazırda sionist rejimin sərhədlərinin yaxınlığında 3 mindən çox fələstinli çadır qurub. Ola bilsin “Torpaq Günü”ndən “Səfalət Günü”nə qədər olan günlər fələstinlilər üçün tale yüklü günlər olacaq.