Əl-Hüdeydə limanında yanğın; humanitar yardımlar yandı
Apr 01, 2018 08:41 Asia/Baku
-
Əl-Hüdeydə limanında yanğın; humanitar yardımlar yandı
Yəmənin qərbində əl-Hüdeydə limanında baş verən yanğın nəticəsində bu ölkə vətəndaşları üçün göndərilən humanitar yardımlar və ərzaqların çoxlu hissəsi yanıb.
İRNA-nın məlumatına görə, Əl-Hüdeydə limanının ərzaq maddələri və yanacaq anbarlarından bir neçəsində yanğın baş verib.
Əl-Hüdeydə limanı işçiləri deyiblər ki, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində baş verib və yardımlar olan anbararları da bürüyüb.
Həmçinin BMT-nin Ümumdünya Ərzaq Proqramının işçisi deyib: Ərzaq maddələri və yanacaqın bir çox hissəsi yanıb.