İraqda Speyçer qırğını qurbanlarından 158 nəfərin cəsədi aşkar edilib
Apr 03, 2018 08:55 Asia/Baku
-
İraqda Speyçer qırğını qurbanlarından 158 nəfərin cəsədi aşkar edilib
İraqın səhiyyə nazirliyi bu ölkənin Səlahəddin vilayətində baş vermiş Speyçer qırğını ilə bağlı 158 nəfərin cəsədinin qalıqlarının aşkar edilməsindən xəbər verib.
İraqın səhiyyə nazirliyi dünən bir bəyanatda bildirib ki, Speyçer qırğını ilə bağlı 158 nəfərin cəsədinin qalıqlarını İraqın məhv edilmiş diktatoru Səddamın bu ölkənin Səlahəddin vilayətinin Tikrit şəhərindəki saraylarında aşkar edibdir.
İŞİD-in 2014-ci il on iyun basqını ilə bir zamanda törədilmiş Speyçer faciəsi zamanı bu terror qrupu hiylə ilə hərbi təlim keçməsi üçün Speyçer qarnizonuna göndərilmiş minlərlə iraqlı gənci qarnizondan çıxardı və sonra başlıca olaraq İraqın cənub vilayətlərindən olan onlardan 1700 nəfərdən çoxunu faciəli surətdə qətli-am etdi.