Yəmən Ərəbistanın ARAMKO şirkətinə raket zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300854-yəmən_Ərəbistanın_aramko_şirkətinə_raket_zərbələri_endirib
Ərəbistanın ARAMKO neft şirkətinin bu ölkənin cənubunda, Cizan şəhərindəki neft anbarları Yəmənli qüvvələr tərəfindən raket hücumuna məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 04:36 Asia/Baku
  • Yəmən Ərəbistanın ARAMKO şirkətinə raket zərbələri endirib

Ərəbistanın ARAMKO neft şirkətinin bu ölkənin cənubunda, Cizan şəhərindəki neft anbarları Yəmənli qüvvələr tərəfindən raket hücumuna məruz qalıb.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, bu raket "Bədr-1" raketi olub. Bu raket çərşənbə günü axşam ARAMKO şirkətinin Cizandakı anbarlarına doğru atılıb. 

Ərəbistan mediaları bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin Yəmənin atdığı raketi havada vurduğunu deyiblər. 

Bu, Yəmənli qüvvələr tərəfindən ötən bir həftə ərzində Aramko şirkətinin Cizandakı anbarlarına doğru atılan ikinci raketdir. 

Ötən cümə axşamı da dünyanın ən iri neft şirkəti olan ARAMKO-nun Cizandakı neft anbarları yəmənlilərin raket hücumuna məruz qalmışdı.