Əfqanıstanda anti-Amerika aksiya
Apr 05, 2018 10:26 Asia/Baku
Əfqanıstanın şimalinda Qonduz vilayətində əhali Amerikanın hava hücumlaırna qarşı etiraz aksiyası keçirib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Qonduz vilayətində yüzlərlə sakin Dəşti Arçi şəhərində keçirdiyi aksiyada əcnəbi hərbi qüvvələrin Əfqanıstanın müxtəlif bölgələrinə qarşı hava hücumlarınnın davam etməsini pisləyiblər və bu hücumlara son qoyulmasını istəyiblər.
Aksiyaçılar Əfqanıstan hökumətini bu mövzunu dərhal araşdırmağa çağırıblar.
Bazar ertəsi günü ABŞ-ın nəzarətində olan hərbi qüvvələrin Qonduz vilayətinə hücumunda uşaqlar da daxil onlarla sakin ölüb və yaralanıb.