Qayıdış Haqqı 2-ci cümə yürüşü; Fələstinli gənclərin qəhrəmancasına iştirakı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301004-qayıdış_haqqı_2_ci_cümə_yürüşü_fələstinli_gənclərin_qəhrəmancasına_iştirakı
Qəzzə zolağında fələstinlilər Qayıdış Haqqı yürüşünün davamında bu zolağın işğal olunmuş Fələstinlə sərhədində yürüş keçirib və sionist hərbçilərlə toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 14:46 Asia/Baku
  • Qayıdış Haqqı 2-ci cümə yürüşü; Fələstinli gənclərin qəhrəmancasına iştirakı

Qəzzə zolağında fələstinlilər Qayıdış Haqqı yürüşünün davamında bu zolağın işğal olunmuş Fələstinlə sərhədində yürüş keçirib və sionist hərbçilərlə toqquşublar.

Qəzzə zolağı və İordan çayının qərb sahilində minlərlə fələstinli ikinci cümə günü ardıcıl olaraq Qayıdış Haqqı yürüşündə irimiqyaslı şəkildə iştirak edib. 

Qayıdış haqqı yürüşünün başanması ilə sionist rejim hərbçiləri fələstinli mübariz gənclərə qarşı gözyaşardıcı qaz və müxtəlif vasitələrdən istifadə ediblər. 

Yerli dairələr Qəzzənin şimalında Cibalyada sionist hərbçilərlə toqquşmada üç fələstinlinin yaralandığını bildirirlər. Fələstin KİV-i isə sionist snayperlərin bir fələstinli gənci 6 aprel yürüşündə baş nahiyəsindən vurduqlarını bildirib. 

Sionist rejim fələstinlilərlə qarşılaşmaq üçün yüzlərlə hərbçi və snayper ezam etməklə yanaşı, bir neçə tank və su şırnağını Qəzzə sərhədində yerləşdirib.