Fələstinli jurnalist "Qayıdış Haqqı" yürüşünün səkkizinci günündə şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301036-fələstinli_jurnalist_qayıdış_haqqı_yürüşünün_səkkizinci_günündə_şəhid_olub
Ötən gün Qəzzə zolağında "Qayıdış Haqqı" böyük yürüşündə İsrail hərbçiləri tərəfindən vurularaq, yaralanan fələstinli jurnalist aldığı yaranın ağırlığı üzündən həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2018 08:39 Asia/Baku
  • Fələstinli jurnalist
    Fələstinli jurnalist "Qayıdış Haqqı" yürüşünün səkkizinci günündə şəhid olub

Ötən gün Qəzzə zolağında "Qayıdış Haqqı" böyük yürüşündə İsrail hərbçiləri tərəfindən vurularaq, yaralanan fələstinli jurnalist aldığı yaranın ağırlığı üzündən həyatını itirib.

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: 30 yaşlı fələstinli jurnalist Yasir Mürtəca cümə günü "Qayıdış Haqqı" yürüşü ilə bağlı reportaj hazırlamaqla məşğul olduğu zaman İsrail snayperləri tərəfindən hədəfə alınıb. Baxmayarq ki, üzərində "PRESS"(jurnalist) yazılmış jilet olub.

Bununla da "Qayıdış Haqqı"  yürüşündə şəhid olan fələstinlilərin sayı 31-ə çatıb.