Terrorçuların Dumaya kimyəvi hücumunda onlarla suriyalı həlak olub və yaralanıb
Terrorçular ötən gecə Şərqi Qutənin Dumba bölgəsinə kimyəvi hücum ediblər. Nəticədə onlarla suriyalı həlak olub və yaralanıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, ilkin məlumatlar 75 nəfərin həlak olduğunu, azı 100 nəfərin yaralandığını əks etdirir.
Rusiya Müdafiə Nazirliyi cümə günü xəbərdarlıq etmişdi ki, Ceyşül-İslam və Azad Ordu terror qruplaşmaları kimyəvi qazdan istifadə edərək Dumaya hücum etmək niyyətindədirlər.
Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, terrorçular beynəlxalq ictimaiyyətin emosiyalarını təhrik etmək və Suriya hökumətini vətəndaşlara hücumda suçlamaq istəyirlər.
Bu hücum ardınca, terrorçuları dəstəkləyən qərb Kütləvi İnformasiya Vasitələri Dəməşq əleyhinə güclü psixoloji müharibəni başladıblar.
Suriyanın rəsmi informasiya agentliyi SANA Duma bölgəsinin azad olunması əməliyyatı ilə yanaşı şənbə gecə qərb KİV-nin Suriya ordusu əleyhinə təbliğat kampaniyasını tənqid edib və yazıb: Bu şəhərdə kimyəvi silahdan istifadə ittihamı əsassız və ağ yalandır.
SANA bildirib: Terrorçular kimyəvi silahdan istifadəni Suriya ordusuna aid etməklə suriyalı qüvvələrin irəliləyişinə mane olmaq üçün açıq-aşkar səy göstərirlər.
Terrorçular indiyədək Suriyada dəfələrlə kimyəvi silahdan istifadə ediblər.