Fələstinli jurnalistlər sionistlərin media mənsublarına hücumlarını qınadılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301202-fələstinli_jurnalistlər_sionistlərin_media_mənsublarına_hücumlarını_qınadılar
Fələstin Jurnalistlər Birliyinin nümayndələri bu gün Qəzzə zolağında sionist rejim hərbçilərinin jurnalistlərə hücumu və bir fələstinli jurnalisti şəhid etməsini pisləmək istiqamətində bir yerə toplaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2018 09:44 Asia/Baku
  • Fələstinli jurnalistlər sionistlərin media mənsublarına hücumlarını qınadılar

Fələstin Jurnalistlər Birliyinin nümayndələri bu gün Qəzzə zolağında sionist rejim hərbçilərinin jurnalistlərə hücumu və bir fələstinli jurnalisti şəhid etməsini pisləmək istiqamətində bir yerə toplaşıblar.

İRİB-in məlumatına görə, bu aksiyada fələstinli jurnalistlər əllərində "Güllə heç vaxt həqiqətin yayılmasına mane olmayacaq" şüarı yazılan plakatlar tutublar.

Bu aksiyada fələstinli jurnalistlərdən biri deyib: Düşmənin media təmsilçilərini susdurmaq və həqiqətləri təhrif etmək səyləri həmişə məğlubiyyətə məhkumdur.

Ötən cümə günü fələstinli jurnalist Yasir Murtəci sionistlərin atəş açması nəticəsində şəhid olub.