Sionist hərbçilərin atəş açması nəticəsində bir fələstinli yaralanıb
Apr 08, 2018 14:31 Asia/Baku
Sionist hərbçilər bu gün bazar günü Beytül-Müqəddəsin şərqində bir fələstinliyə doğru atəş açıblar.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist hərbçilər Beytül-Müqəddəsin şərqində Məaliyə Adumim yəhudi qəsəbəsi yaxınlığında bir fələstinli gəncə atəş açıblar. Fələstinli gənc yaralanıb.
Sionistlər iddia ediblər ki, bu fələstinli soyuq silahla İsrail hərbçilərinə qarşı əməliyyat keçirməyə cəhd edib.
Digər tərəfdən 33 yəhudi qəsəbə sakini sionist hərbçilərin tam dəstəyi ilə Babül-Muğaribədən əl-Əqsa məscidinə basqın ediblər.
Bu hərəkətlə yanaşı sionist hərbçilər əl-Əqsa məscidini hərbi bazaya çeviriblər.
Teqlər