Fələstində "İsrail bayrağını yandırmaq cüməsi" qeyd olunacaq
İşğal olunmuş Fələstində Qayıdış Haqqı yürüşünün təşkilatçı heyəti gələn cümə yürüşlərini "Fələstin bayrağını dalğalandırmaq və İsrailin bayrağını yandırmaq cüməsi" adlandırıb və yürüşlərin davam etməsini istəyib.
İSNA-nın məlumatına görə, bu heyət bazar günü bir bəyanatda bildirib: Sionist işğalçıların vəhşilikləri ilə mübarizə üçün fələstinli etirazçıların güclü iradəsi vardır.
Bu bəyanatda bildirilir: Sionist rejim səbəbsiz yerə fələstinliləri al-qana boyayır və qorxu və dəhşət yaratmaqla dinc yürüşlərin davam etməsinin qarşısını alır.
Fələstin heyəti əl-Etisam çadırında daimi ictimai toplantı və ictimai dinc yürüşlərin davam etməsini bildirib və elan edib: Milli irsin canlandırılması, fələstinli vətəndaşların gündəlik həyatının ayrılmaz hissəsi olaraq siyasi və mədəni müqavimət iştirakının artırılmasıdır.
Ötən cümə günündən minlərlə fələstinli Torpaq Gününün 42-ci ildönümündə Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhədlərində Qayıdış Haqqı dinc yürüşünə başlayıblar. Lakin sionist rejim hərbçilərinin hücumu ilə üzləşiblər.
Qayıdış Haqqı böyük yürüşü başlandıqdan bəri 31 fələstinli şəhid olub, üç min nəfərə yaxın fələstinli yaralanıb.