HƏMAS: Liberman qətl və qırğına qanunilik verməyə çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301542-hƏmas_liberman_qətl_və_qırğına_qanunilik_verməyə_çalışır
Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) sözçüsü deyib: İsrail rejiminin müharibə naziri Aviqdor Libermanın Qayıdış Haqqı yürüşündə müdafiəsiz fələstinlilərin atəşə tutulmasını alqışlaması qətl və qırğına qanunilik verməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2018 05:18 Asia/Baku
  • HƏMAS: Liberman qətl və qırğına qanunilik verməyə çalışır

Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) sözçüsü deyib: İsrail rejiminin müharibə naziri Aviqdor Libermanın Qayıdış Haqqı yürüşündə müdafiəsiz fələstinlilərin atəşə tutulmasını alqışlaması qətl və qırğına qanunilik verməkdir.

Aviqdor Liberman Qəzzə sərhədlərində israilli hərbçinin fələstinli etirazçını atəşə tutmasını əks etdirən video-kadra münasibət bildirərək bu sionist snayperi alqışlayıb. 

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS-ın sözçüsü Fovzi Berhum çərşənbə axşamı günü Libermanın müdafiəsiz fələstinli etirazçıların qətlə yetirilməsini dəstəkləməsini sionistlərin Fələstin xalqına qarşı terrorizminin nişanəsi adlandırıb və İsrail rejimi başçılarının mühakimə olunmasının vacibliyini vurğulayıb.