Apr 12, 2018 13:41 Asia/Baku
  • Suriya ordusu Duma şəhərinə nəzarəti ələ keçirdi

Suriyada atəşkəs və barışığa nəzarət üzrə Rusiya mərkəzinin rəhbəri general Yuri Yevtuşenko Suriya ordusunun Şərqi Qutədə yerləşən Duma şəhərinə nəzarəti ələ keçirdiyini bildirib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, general Yevtşenko cümə axşamı jurnalistlərə deyib: Terrorçuların şəhəri tərk etməsinin ardınca, Duma şəhərində dövlət binaları üzərində Suriya bayrağı dalğalandırılıb.

Bu rus general həmçinin deyib: Rusiyanın hərbi polis bölmələri tezliklə Duma şəhərinə daxil olaraq, şəhərdə nizam-intizamın qorunması, şəhərə nəzarətin tam şəkildə Suriyanın qanuni hökumətinə ötürülməsi prosesinə nəzarət edəcək.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini Vladimir Poznixır da BMT-nin hmanitar yardım yükünün Duma şəhərinin əhalisi arasında paylandığını bildirib. Ümumi çəkisi 445 ton olan bu humanitar yardım yükü dərman preparatları və ilkin ehtiyacların təmin edilməsi üçün nəzərdə tutulmuş məhsullardan ibarətdir.

Teqlər