Şeyx İsa Qasimin mənzilinin mühasirə halqası daralıbdır
Bəhreyndə Əlvifaq islami cəmiyyəti dünən gecə bir bəyanatda bildirib ki, Ali-Xəlifə rejimi bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin mənzilinin mühasirə halqasını daraldıbdır.
Bəhreyndə Əlvifaq islami cəmiyyəti bu bəyanatda qeyd edibdir ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri cümə axşamı günü Şeyx İsa Qasimin mənzilinin ətrafında yaradılmış sement maneələrinin sayını, həmçinin öz fəaliyyətlərini artırıblar.
Bəhreyndə Əlvifaq islami cəmiyyəti həmçinin bildirib: Şeyx İsa Qasimin icbari yaşayışı on bir ay bundan bəri davam etməkdədir və heç bir şəxs, hətta onun övladları onun mənzilnə gedə bilmirlər.
Bəhreyndə Əlvifaq islami cəmiyyəti əlavə edib: Şeyx İsa Qasim hətta müalicə üçün belə, məhdudiyyətlərə məruz edilibdir.
Ali-Xəlifə rejimi Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıb, onu mühakimə edərək, 2016-cı ilin iyun ayından bəri onun yaşadığı Əlduraz məntəqəsini mühasirə edibdir.
Bəhreyn 2011-ci ilin on dörd fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.
Bəhreyn xalqı azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Ali-Xəlifə rejimi isə "ada qalxanı qüvvələri" adı altında Bəhreyndə yerləşmiş səud hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin xəfiyyə məmurlarının köməyilə bu ölkədəki xalq etirazlarına divan tutur.
Ali-Xəlifə rejimi bu ölkə xalqının etiraz alovunu söndürmək üçün müxalifət rəhbərlərindən bir qrupunu həbs edib və onları saxta işlər düzəldərək, uzunmüddətli həbslərə məhkum edibdir.
İnsan haqları mənbələrinin bildirdiklərinə əsasən, Bəhreyn Asiyanın qərbində yerləşən kiçik bir ölkə kimi ən çox siyasi məhbusa malikdir.