Apr 13, 2018 17:50 Asia/Baku
  • Qəzzə zolağında
    Qəzzə zolağında "Qayıdış haqqı yürüşü"nün üçüncü cüməsində 30 nəfər yaralanıb

Qəzzə zolağında keçirilən "Qayıdış haqqı yürüşü"nün üçüncü cüməsində, indiyədək sionist rejim hərbçilərinin atəşləri nəticəsində yaralanmış fələstinlilərin sayı otuz nəfərə çatıbdır

"Qayıdış haqqı yürüşü" üzrə milli şura bu yürüşlərin üçüncü cüməsində bir bəyanat yayaraq bildiribdir ki, fələstinli aksiyaçılar bu mərasimdə sionist rejimin bayrağını yandıraraq, Fələstin bayrağını dalğalandırıblar.

Fələstin xalqı bu gün də şüarlar verərək, öz ana diyarında məskunlaşma haqqını vurğulayıb və dünya ictimaiyyətindən istəyibdir ki, amerikalıların veto haqqı ilə mübarizə aparsın.

İndiyədək Amerika iki dəfə BMT-nin Təhlükəsizlik Şurasında sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin pislənilməsinə dair qətnamənin verilməsinə mane olub. Bu da BMT-nin sionist rejimin fələstinlilərə qarşı cinayətləri qarşısında ləyaqətsiz və faydasız bir orqan olduğunu göstərir.

Fələstinlilər "sionist rejim bayrağının yandırılması" günü adlandırdıqları "Qayıdış haqqı yürüşü"nün üçüncü cüməsində Ramullah şəhərinin şimal girəcəyində də sionist rejim hərbçiləri ilə toqquşublar.

Belə bir halda, Fələstin Səhiyyə Nazirliyi "Qayıdış haqqı yürüşü"nün on beşinci günündə otuz fələstinlinin yaralanmasından və yaralılardan bəzilərinin vəziyyətinin ağır olmasından xəbər verib.

Ötən on beş gündə 34 fələstinli sionist rejim snayperlərinin atəşlərilə şəhid olub və Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, üç mindən çox fələstinli də yaralanıbdır ki, onlardan 106 nəfərinin vəziyyəti ağırdır.

 

Teqlər