Apr 13, 2018 19:04 Asia/Baku
  • İraq xarici işlər naziri: Suriyaya hücum bütün ölkələr üçün bir təhlükədir
    İraq xarici işlər naziri: Suriyaya hücum bütün ölkələr üçün bir təhlükədir

İraq xarici işlər naziri Suriyaya qarşı hava hücumunu bütün ölkələr üçün təhlükəli, kədərli və dəhşətli bir hadisə adlandırıb.

İraq xarici işlər naziri İbrahim Əlcəfəri Ərriyadda ərəb xarici işlər nazirlərinin iclasından sonra vurğulayıb: Əgər Suriyaya qarşı hava hücumu həyata keçirilərsə, bu, dəhşətli və kədərli bir hadisənin baş verməsi, sözün əsl mənasında bir məğlubiyyət və bütün ölkələrə qarşı bir təhlükə demək olacaqdır.

İraq xarici işlər naziri Amerikanın Suriyaya hücum üzrə təhdidləri barədə deyib ki, İraq bu kimi ağılsızlıqların təkrarlanmasına icazə verməyəcəkdir.

Duma məntəqəsində yerləşən terrorçular şənbə günü gecə rəsmi Dəməşqi bu məntəqəyə qarşı kimyəvi hücumda ittiham etdilər. Suriya dövləti qətiyyətlə bu ittihamı rədd edibdir.

Amerika və onunla müttəfiq olan bəzi ölkələr mötəbər sənədlərə malik olmadan bu məsələdən istifadə edərək, Suriya dövlətini bu hücumda ittiham ediblər.

Belə bir halda, Rusiyanın müdafiə nazirliyi bildiribdir ki, bu ölkənin ordusu Suriyanın Şərqi Qutə bölgəsində yerləşən Duma məntəqəsinə qarşı kimyəvi hücum ilə bağlı heç bir əsər-əlamət tapmayıbdır.

Teqlər