Bəhreyndə cümə namazının qılınmasına maneçilik törədilib
Ali-Xəlifənin xəfiyyə qüvvələri 91-ci həftə dalbadal Əlduraz məntəqəsi və Şeyx İsa Qasimin mənzilinin mühasirəsini davam etdiriblər. Onlar həmçinin ötən həftələrdə olduğu kimi, Bəhreynin ən geniş cümə namazının qılınmasına mane olublar.
Əlduraz məntəqəsinin sakinlərindən olan bu məntəqədə yerləşən İmam Sadiq(ə) məscidində iştirak edən namazqılanlar digər məntəqələrin namazqılanlarının və imamcümənin bu məsciddə iştiraklarının əngəllənməsinin ardınca bu həftə də namazı fərdi surətdə qılıblar.
Bəhreyndə Əlvifaq islami cəmiyyəti də bir bəyanatda qeyd edibdir ki, Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri cümə axşamı günü Şeyx İsa Qasimin mənzilinin ətrafında yaradılmış sement maneələrinin sayını, həmçinin Şeyx İsa Qasimin mənzilinin mühasirə halqasını daraldıblar.
Ali-Xəlifə rejimi Bəhreyn şiələri və inqilabçılarının rəhbəri Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıb, onu mühakimə edərək, 2016-cı ilin iyun ayından bəri Bəhreyn islam hərəkatı rəhbərinin yaşadığı Əlduraz məntəqəsini mühasirə edib və bu böyük dini mərcəni ev dustağı etməklə həmin müddət ərzində cümə namazının qılınmasının qarşısını alıbdır.
Bəhreyn 2011-ci ilin on dörd fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.
Ali-Xəlifə rejimi bu ölkə xalqının etiraz alovunu söndürmək üçün müxalifət rəhbərlərindən bir qrupunu həbs edib və onları saxta işlər düzəldərək, uzunmüddətli həbslərə məhkum edibdir.