Apr 14, 2018 09:53 Asia/Baku
  • ﺪﯿﯾﺎﺗ ﺮﺸﻧ ﺐ

Həsən Nəsrullah: Tifura hücum sionist rejimin tarixi axmaqlığı idi
    ﺪﯿﯾﺎﺗ ﺮﺸﻧ ﺐ Həsən Nəsrullah: Tifura hücum sionist rejimin tarixi axmaqlığı idi

Livanın Hizbullah Hərəkatının baş katibi bildirib: İsraillilər Suriyada Tifur hərbi bazasına hücum etməklə tarixi səhvə və böyük axmaqlığa əl atmış olduqlarını bilməlidirlər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda Zahiyyə bölgəsində Əlvəfail-Əhd adlı konfransda sionist rejimin Suriyanın Tifur hərbi bazasına son hücumuna toxunaraq deyib: İsrailin bu təcavüzkar hərəkəti bu rejimlə qarşılaşmaq siyasətində yeni prosses yaradacaq. 

Livan Hizbullahının baş katibi deyib: İsrailin Humsun ətrafında yerləşən Tifur bazasına hücumu İsrailin qan tökmək sahəsindəki bilərəkdən siyasətidir və son 7 ildə bunun nümunəsi olmamışdır. 

Seyid Həsən Nəsrullah Suriyada böhranın qızışmasına toxunaraq deyib: Məlumatlara görə, Suriyanın şərqi qutəsində yerləşən Dumada baş verənlər kimyəvi silahlardan istifadə üzrə bir tamaşa idi və Suriya ordusu hərvaxt böyük bir qələbə və uğur qazandıqda bu şov təkrarlanır. 

Livan Hizbullahının baş katibi ABŞ prezidenti Donald Trampın təhdidlərinə toxunaraq deyib: Trampın hədə-qorxuları regionun hegemonçuların yeni məkirli planları ilə üz-üzə olduğunu və Trampın öz mövqeləri və tələblərini dünya ölkələrinə qəbul etdirmək niyyətində olduğunu deməyə əsas verir. 

Seyid Həsən Nəsrullah Donald Trampı al-verçi, böhran yaradan, söz-söhbətlərin mövzusuna çevrilən prezident olduğunu bildirərək deyib: Dünya Trampın Tvittləri və hədə-qorxularının heç bir ölkəni o sıradan Suriya, İran və Rusiyanı və region xalqlarını qorxutmadığını bilməlidir. 

Livan Hizbullahının baş katibi deyib: Bizim ərəb mentalitetimiz Fələstin və Yəmən xalqlarını dəstəkdən əl çəkməyimizə və Amerikanın ardınca getməyimizə imkan verməməlidir. 

Seyid Həsən Nəsrullah deyib: Biz daxili müharibə istəmirik, biz ölkəni regiondakı mühribələrin təsirindən qorumaq üçün daxili sülh istəyirik.  

Livan Hizbullahının baş katibi bu ölkənin cari il 6 may parlament seçkiləri barədə deyib: Hizbullahın seçkilərə qatılmaqda məqsədi beyrutda qərarqəbuletməyə nəzarət deyil, nəsillərdir Livanda yaşayan şiələri təmsil etməkdir. 

Teqlər