Suriya XİN bu ölkəyə hərbi təcavüzü pisləyib
-
Suriya XİN bu ölkəyə hərbi təcavüzü pisləyib
Suriyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bildirib: Suriya Ərəb Respublikası Amerika, Britaniya və Fransanın Suriyaya qarşı üçtərəfli hərbi təcavüzünün beynəlxalq qanunlar, BMT nizamnaməsinin müddəaları və amallarına zidd olduğu qənaətindədir.
Suriyanın Əl-Əxbariyyə telekanalı bildirib ki, Suriya XİN ən sərt ifadələrlə bu ölkəyə qarşı üçtərəfli hərbi təcavüzü pisləyib.
" Qərbin quldur və istilaçı rejimlərinin təcavüzü Suriyaya qarşı məkirli planın məğlubiyyəti nəticəsinə onların təhqir hissi keçirmələrindən mənşə alaraq, onların əlaltılarının yəni terror şəbəkələrinin Suriya ordusunun irəliləyişləri qarşısında geri oturmalarına cavab xarakteri daşıyır, ağaların taleyi heçdə onların əlaltılarının taleyindən yaxşı olmayacaq və onları məğlubiyyət və rüsvayçılıq gözləyir.
Suriya XİN bu bəyanatda bildirib: Kimyəvi silahları qadağa təşkilatının nümayəndə heyətinin Dumada iddia olunan kimyəvi hücumu araşdırmaq üçün bu şəhərə daxil olmaları ilə eyni vaxta təsadüf edən bu hücumların əsas məqsədi bu heyətin fəaliyyətinə mane olmaq, onun nəticələrini qabaqlamaq və öz yalanları və saxta xəbərlərinin ifşa olunması ilə rüsvay olacaqlarının qarşısını almaq üçün həmin heyətə təzyiqləri artırmaq məqsədini güdür.