Apr 15, 2018 10:20 Asia/Baku
  • Şərqi Qutə terrorçulardan tam şəkildə təmizləndi
    Şərqi Qutə terrorçulardan tam şəkildə təmizləndi

Suriya ordusu və silahlı qüvvələri baş qərargahı şənbə günü bir bəyanat yayaraq, paytaxt Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsinin terrorçulardan tam şəkildə təmizləndiyini bildirib.

Şərqi Qutə Suriyanın paytaxtı Dəməşq şəhərinin ətrafında yerləşən strateji əhəmiyyətli məntəqədir. Terrorçular bu məntəqədən istifadə edərək, gündəlik qaydada paytaxt Dəməşqə raket zərbələri endirirdilər. 

Suriyanın dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Suriya ordusu və silahlı qüvvələri baş qərargahının bəyanatında deyilir: Suriya ordusunun hava hücumundan müdafiə qüvvələrinin ABŞ, Britaniya və Fransanın bu ölkəyə qarşı raket hücumlarını önləməsi ilə bir vaxtda Şərqi Qutədə yerləşən şəhər və kəndlər tam şəkildə silahlı terrorçuların işğalından azad edilib. 

Bəyanatın davamında deyilir: Şərqi Qutənin azad edilməsindən sonra minaların və partlayıcı qurğuların aşkar edilməsi və zərərsizləşdirilməsi əməliyyatı başlanılıb. 

Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahının bəyanatında həmçinin sivil əhalinin təhlükəsizliyinin qorunmasına təkid edilib və bildirilib: ABŞ, Britaniya və Fransanın Suriyaya olan hücumları terrorçulara qarşı savaşda mənfi təsirə malik olmayacaq. 

Teqlər