İsrailin Hələbə hücumu xəbəri təkzib edildi
-
İsrailin Hələbə hücumu xəbəri təkzib edildi
İsrail medialarının bu rejim qırıcılarının Suriyanın şimalına, Hələb şəhərinə raket zərbələri endirmələri barədə yaydıqları xəbərlər təkzib edilib.
Məlumatlı qaynaqlar Livanın Əl-Əhd informasiya portalı ilə müsahibədə bu kimi xəbərlərin yayılmasında məqsədin Suriyadakı terrorçuları ruhlandırmaq olduğunu bildiriblər.
Bu mənbələr həmçinin, baş verən partlayışların terrorçulardan qalma minalar və partlayıcı qurğuların Hələbin ətrafında yerləşən Rəsm Ukəyriş məntəqəsində partlaması nəticəsində baş verdiyini bildiriblər.
Suriya parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini Əmmar Əsəd isə Sputnik-ə verdiyi müsahibədə İsrailin Hələb şəhərini bombalaması haqda yayılan xəbərləri təkzib edib.
Əmmar Əsəd deyib: Heç bir hücum olmayıb və bu xəbərlər təhrikedici hərəkətdən başqa bir şey deyil.
Livan Hizbullahı da bir bəyanat yayaraq, İsrailin Hələbə hücumu barədə yayılan xəbərləri təkzib edib.