Yəmən səmasında Amerikaya aid 1 ədəd PUA vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i302980-yəmən_səmasında_amerikaya_aid_1_ədəd_pua_vurulub
Əl-Məyadin telekanalı bildirib ki, Yəmənin hava hücumundan müdafiə sistemi ölkənin qərbində Sədə vilayətində Amerikaya aid olan bir ədəd MQ9 tipli Pilotsuz Uçan Aparatı məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2018 07:07 Asia/Baku
  • Yəmən səmasında Amerikaya aid 1 ədəd PUA vurulub
    Yəmən səmasında Amerikaya aid 1 ədəd PUA vurulub

Əl-Məyadin telekanalı bildirib ki, Yəmənin hava hücumundan müdafiə sistemi ölkənin qərbində Sədə vilayətində Amerikaya aid olan bir ədəd MQ9 tipli Pilotsuz Uçan Aparatı məhv edib.

İRNA-nın verdiyi məlumata görə, hadisətin təfərrüatı açıqlanmayıb. 

Yəmən ordusu və xalq komitələri də Təəzin cənub qərbində Əl-Məxa rayonunda Birləşmiş Ərəb Əmirliklərinin Patriot raket bazasını eləcə də istefa vermiş prezidentin və Səudiyyə muzdlularının toplaşdığı əraziləri hədəfə alıblar. 

Ordu və xalq komitələrinin bildirdiyinə görə dünən axşam Bədr-1 tipli bir ədəd ballestik raket Səudiyyə Ərəbistanının cənubunda Ceyzan aeroportu və Nəcra Elektrik Stansiyasını hədəfə alıb. 

Səudiyyə Ərəbistanı Amerika və BƏƏ eləcə də bəzi digər ölkələrin himayəsi ilə 2015-ci ildən Yəmənə hərbi təcavüzə başlayıb və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Bu təcavüz nəticəsində indiyədək 14 min yəmənli ölüb, on minlərlə yəmənli yaralanıb və milyonlarla insan didərgin düşüb. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü həmçinin bu yoxsul ölkəni ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub. 

Səudiyyə rejimi və onun müttəfiqləri indiyədək Yəmən xalqının müqaviməti nəticəsində öz məqsədlərinə nail ola bilməyiblər. Onlar Yəmənə əlaltı rejim qəbul etdirmək istəyirlər.