Suriyada 11 mülki həlak olub
-
Suriyada 11 mülki həlak olub
Amerikanın başçılıq etdiyi İŞİD-də qarşı dırnaq arası beynəlxalq koalissiyanın Əl-Həsəkənin ətraf ərazilərinə qarşı hava hücumunda ən azı 11 suriyalı mülki həlak olub.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Amerikan koalisiya Suriyada mülkiyə qarşı ən son cinayətində bu ölkənin şimal şərqində yerləşən Əbu-Hafizə və Əl-Hiskə kəndlərini havadan hücuma məruz qoyub.
Suriya mediyalarının məlumatlarına görə, hücum nəticəsində 11 mülki həlak olub bir neçə nəfər yaralanıb.
Amerika və onun müttəfiqləri 2014-cü il avqust ayından İŞİD ilə mübarizə bəhanəsi ilə BMT çərçivəsindən kənar və Suriya dövləti ilə koordinasiya etmədən "Beynəlxalq koalissiya" yaradıblar. Bu dırnaqarası koalissiya Suriyanın Ərriqqə, Deyrəzzur və Hələb vilayətlərində çoxlu sayda mülkini qırğın edib və bu ölkənin infrastrukturunu dağıdıb.
Suriya dövləti BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı təkrar məktublarda Amerikan koalissiyanın Suriyadakı cinayətlərinə son qoyulmasını istəyib.