Əsir vilayətində dörd səud zabiti öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i303148-Əsir_vilayətində_dörd_səud_zabiti_öldürülüb
Ərəbistanın cənub-qərbində yerləşən Əsir vilayətindəki bir yoxlama-buraxılış məntəqəsinin atəşə tutulması nəticəsində dörd səud zabiti öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2018 05:01 Asia/Baku
  • Əsir vilayətində dörd səud zabiti öldürülüb
    Əsir vilayətində dörd səud zabiti öldürülüb

Ərəbistanın cənub-qərbində yerləşən Əsir vilayətindəki bir yoxlama-buraxılış məntəqəsinin atəşə tutulması nəticəsində dörd səud zabiti öldürülüb.

Ərəbistanın daxili işlər nazirliyi dünən gecə silahlı hücumçuların Əsir vilayətində yerləşən Əlməcaridə və Bariq şəhərlərinin əlaqə yolundakı atəşləri nəticəsində dörd səud zabitinin öldürüldüyünü təsdiq edərək, bildirib ki, bu hücum amillərindən bəzilərinin kimilyi məlum olubdur.

Ərəbistanın daxili işlər nazirliyi iddia edib ki, atəş açanlardan ikisi həbs olunub və üçüncü amilin həbs olunması üzər səylər davam edir.

Əlməcaridə və Bariq şəhərləri Ərəbistanın paytaxtı Ərriyadın cənub-qərbindən müvafiq olaraq 930 və 890 kilometr aralıda yerləşirlər.

İndiyədək bir qrup və ya şəxs Əsir vilayətindəki yoxlama-buraxılış məntəqəsinə qarşı hücumun məsuliyyətini üzərinə götürməyibdir.

Son zamanlar da naməlum bir silahlı şəxs Ərəbistanın qərbində yerləşən Taif şəhərində səudiyyə xəfiyyə qüvvələrinin patrul dəstəsinə atəş açmışdı ki, nəticədə xəfiyyə qüvvələrindən bir nəfər ölmüş, bir nəfər də yaralanmışdı.