Üç milyon yarım iraqlı didərgin öz mənzilinə geri dönüb
Apr 20, 2018 20:49 Asia/Baku
İraqın mühacirət naziri deyib ki, beş milyon iraqlı didərgindən indiyədək üç milyon yarım iraqlı didərgin öz mənzilinə geri dönüb.
İraqın mühacirət naziri Casim Əlcaf bildirib ki, bu ölkə didərginlərin geri dönmələri üzrə ən böyük əməliyyatı arxada qoya bilibdir. O, deyib: İraq dövlətinin və dünya ictimaiyyətinin yardımları ilə İŞİD ilə üzləşmə böhranından keçə bildik.
İraqın mühacirət naziri əlavə edib: Hazırda dövlətin təmərküzü ailələrə xidmətlərin göstərilməsi, düşərgələrin qurulması və onların qanuni ehtiyaclarının təmin edilməsidir ki, öz məntəqələrində məskunlaşdırılmış olsunlar.