M.Oun sionist rejimin Livana qarşı təcavüzləri haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i303198-m.oun_sionist_rejimin_livana_qarşı_təcavüzləri_haqda_xəbərdarlıq_edib
Livan prezidenti Livan hakimiyyətinə qarşı təcavüzlərinin davam etməsi barədə sionist rejimə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2018 16:20 Asia/Baku
  • M.Oun sionist rejimin Livana qarşı təcavüzləri haqda xəbərdarlıq edib
    M.Oun sionist rejimin Livana qarşı təcavüzləri haqda xəbərdarlıq edib

Livan prezidenti Livan hakimiyyətinə qarşı təcavüzlərinin davam etməsi barədə sionist rejimə xəbərdarlıq edib.

Livan prezidenti Mişel Oun bir amerikalı hərbi heyətlə görüşdə vurğulayıb ki, Livan heç vaxt təcavüzkar ölkə olmayacaq, lakin eyni zamanda öz torpaqlarına qarşı təcavüzü də qəbul etməyəcəkdir.

Livan prezidenti söyləyib: Sionist rejim Livanın quru və dəniz hakmiyyətinə qarşı təcavüzlərini davam etdirir və qarşıdakı ayda bu təcavüzlərə son qoyulması üzrə məşvərətlər bərpa olunacaqdır.

Livan Suriya ilə həmsərhəddir və livanlı rəsmilərin çoxlu sayda etirazlarına rəğmən, sionist rejim və ABŞ Suriyaya qarşı çoxlu sayda hücumlarında dəfələrlə Livanın hava məkanını pozublar.