"Qayıdış Haqqı" yürüşünün dördüncü cüməsində 4 şəhid
Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü cümə günü axşam bildirib: Fələstinlilərin "Qayıdış Haqqı" adlı böyük yürüşünün dördüncü cüməsində 4 fələstinli şəhid olub, 645 nəfər isə yaralanıb.
İRNA-nın məlumatına görə, Əşrəf Əl-Qədrə deyib: Bu 4 fələstinli İsrail hərbçilərinin atəş açması nəticəsində şəhid olub.
Fələstinlilərin "Qayıdış Haqqı" adlı böyük yürüşü "Torpaq Günü" olan 30 mart tarixindən başlayaraq, hər gün keçirilir. Bu aksiyanın sionist rejimin təsis edilməsinin ildönümü günü olan 15 may, "səfalət günü"nə kimi davam edəcək.
30 mart tarixindən dünənə olan müddət ərzində "Qayıdış Haqqı" yürüşlərində 40-dan çox fələstinli şəhid olub. Yaralı sayı isə 4 min nəfərdən çoxdur.
Bir çox ölkə o cümlədən İran İslam Respublikası və beynəlxalq təşkilatlar İsrailin bu cinayətlərini qınayıblar.
Fələstinlilərin "Torpaq Günü" münaibəti ilə başlanan "Qayıdış Haqqı" yürüşü 30 mart 1979-cı ildə Fələstin ərazilərinin müsadirə edilməsinin xatirəsinə həsr olunub.
İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə edərək, bu ərazilərdə sionist qəsəbələr salmağa və bununla da regionun demoqrafiyasını yəhudilərin xeyrinə dəyişməyə və öz işğalçılıq siyasətini təkmilləşdirməyə çalışır.