600 bəhreynlinin vətəndaşlığı ləğv edilib
Bəhreynin Demokratiya və İnsan Haqları Təşkilatı 2012-ci ildən bəri vətəndaşlığı ləğv edilən bəhreynlilərin sayının 603 nəfərə çatdığını bildirib.
Manama Post informasiya portalının verdiyi məlumata görə, ilk dəfə olaraq 7 noyabr 2012-ci il tarixində aralarında ruhani, millət vəkili, insan haqlrı müdafiəçisi, ictimai fəal və media mənsubu olan 31 bəhreynlinin vətəndaşlığının ləğv edilməsi ilə bağlanan tendensiya davam edir.
Vətəndaşlığın ləğv edilməsi bəhreynli ailələr xüsusilə siyasi və ictimai fəallar arasında ən böyük nigaranlığa çevrilib.
Bəhreyn 14 fevral 2011-ci ildən Al Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı azadlıq, ədalət, bərabərlik və demokratik quruluş tələb edir.
Al Xəlifə rejimi ötən 7 ildə 11 min bəhreynlini saxta ittihamlarla həbs edib. Bir çoxlarının vətəndaşlığını ləğv edib və ölkədən kənarlaşdırıb.