Apr 22, 2018 09:40 Asia/Baku
  • KSQT Dumadan nümunə götürüb
    KSQT Dumadan nümunə götürüb

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı(KSQT) bir bəyanat yayaraq bildirib ki, bu təşkilatın müfəttişləri Suriyanın şərqi Qutə ərazisində yerləşən Dumaya iddia olunan kimyəvi hücumun yerindən nümunələr götürüb.

İRNA-nın verdiyi məlumata görə, toplanmış nümunələr Hollandiyaya göndəriləcək və KSQT-nin təsdiqlədiyi laboratoriyalarda araşdırlılacaq.

10 apreldə Suriya dövləti KSQT-yə rəsmən müraciət edərək terrorçuların Suriya ordusunun Dumaya kimyəvi hücüm etməsi barədə iddialarını araşdırmaq üçün bu əraziyə müfəttiş göndərməsini istəmişdi və bu tələb həmin təşkilat tərəfindən müsbət qarşılanmışdı. 

Amerika, Frans və Britaniyadan ibarət şər üçbucağı 14 aprel səhər çağı dumaya kimyəvi hücum barədə əsassız ittiham əsasında Suriyanın müxtəlif bölgələrini 100-dən çox raketlə hədəfə aldılar. Bu vəhşi cinayət iddia olunan kimyəvi hücum bəhanəsi ilə həyata keçirildi. 

Rusiyanın Müdafiə Nazirliyi həftələr öncə bildirimişdi ki, terrorçular və onların hamiləri Suriyaya qarşı hərbi müdaxiləyə zəmin yaratmaq məqsədi ilə kimyəvi hücum görüntüsü yaratmaq tədarükündədirlər. 

Şər üçbucağının Suryaya hücumu şərqi Qutənin terrorçuların işğalından tam azad edildiyi günə təsadüf etdi. 

Bir çox ekspertlər Suriya dövlətinin Dumaya qaşrı kimyəvi silahlardan istifadə etməkdə ittihamlandırılmasını, Suriya ordusunun terrorçularla mübarizədəki son qələləbəri zamanı ümumi fikri həqiqətdən yayındırmaq cəhdləri kimi qiymətləndirirlər. 

Teqlər