Sionist rejim qəsəbə inşası üçün 120 milyon dollar vəsait ayırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i303548-sionist_rejim_qəsəbə_inşası_üçün_120_milyon_dollar_vəsait_ayırıb
Fələstin ərazilərini müdafiə qurumu bildirib ki, sionist rejim İordan çayının qərb sahilində sionist qəsəbələrin inşası üçün onlarla milyon dollar vəsait ayırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 10:17 Asia/Baku
  • Sionist rejim qəsəbə inşası üçün 120 milyon dollar vəsait ayırıb
    Sionist rejim qəsəbə inşası üçün 120 milyon dollar vəsait ayırıb

Fələstin ərazilərini müdafiə qurumu bildirib ki, sionist rejim İordan çayının qərb sahilində sionist qəsəbələrin inşası üçün onlarla milyon dollar vəsait ayırıb.

İRİB-in verdiyi məlumata görə, İsrailin qəsəbə inşası qarşısında müqavimət və fələstin ərazilərini müdafiə üzrə milli büro dünən bir hesabat yayaraq bildirib ki, sionist başçılar İordan çayının qərb sahilinin şərqində Əl-Əğvar və Bəhrül-Məyyit bölgələrində mövcud sionist qəsəbələrinin inkişaf planının icrası üçün 120 milyard dollar dəyərində vəsait ayırıb.

Fələstin Azadlıq Təşkilatı öncə də bir hesabatda sonist rejimin İordan çayının qərb sahilində və şərqi Qüdsdəki qəsəbə inşasının sürətləndiyini bildirərək xatırlatmışdı ki, sionist rejim 600 yeni mənzil inşa etmək niyyətindədir.