Apr 22, 2018 21:25 Asia/Baku
  • Livan parlament seçkilərinə gedən yolda
    Livan parlament seçkilərinə gedən yolda

Livanda parlament seçkiləri ilə əlaqədar təbliğat və təşviqat kampaniyasına start verilib.

9 ildən sonra nəhayət Livanda Parlament seçkilərinin keçirilməsi barədə əldə edilən razılığın ardınca, bütün siyasi qruplar təbliğat və təşviqat kampaniyalarına başlayıblar. Amma, bəzi siyasi qrupların diqqətləri öz üzərlərinə çəkmək üçün verdikləri şüarlar heç də real görünmür.

Təbliğat kampaniyalarından Livan parlamentinə qədər uzanan seçkilər yolunda. Bəzən imkansız, ağılasığmaz şüarların, real olmayan vədlərin də şahidi olursan.

55 yaşlı livanlı analitik Qalib Qəndil 9 illik bir fasilədən sonra Livanda keçirilən gecikmiş parlament seçkilərinin bəzi siyasi qrupların vədlərinin sırf şüar xarakteri daşımasına səbəb olduğunu deyir: “Seçki şüarlarının çoxu reallığı əks etdirmir. Təəssüflər olsun ki, iqtidarda olan tərəfin iqtisadi inkişafla bağlı vədləri özünü doğrultmadı. Ölkə iqtisadiyyatını dirçəltmək üçün təşkil edilən beynəlxalq iclaslar isə Livanın xarici borclarının daha da artmasına səbəb olub.”

Xalqın seçki namizədlərindən olan istəkləri də iqtisadi problemlərin həll edilməsi və korrupsiya ilə təsirli mübarizənin aparılmasıdır: “Korrupsiya ilə mübarizənin aparılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması üzrə təsirli addımların atılması bizim əsas istəyimizdir.”

Bir başqa vətəndaş isə müqavimətin önəmli olduğunu deyir: “Ölkəni qorumağın yeganə yolu müqavimətdir.”

Livan Hizbullahı baş katibinin Sur əhalisi qarşısında etdiyi çıxış da elə xalqın bu haqlı istəklərinə əsaslanırdı: “Livanın xarici borcları 80 milyard dollardır. Hakim dairənin iqtisadiyyatla bağlı siyasətləri iflasa uğrayıb. Biz korrupsiya ilə ciddi mübarizənin aparılmasını istəyirik.”

Seyid Həsən Nəsrullah sionist düşmən qarşısında müqavimətdən vaz keçməyin yeganə nəticəsinin ölüm və təslimçilik olacağını deyərək, əlavə edib: “Müqavimətin raketləri işğal altında olan Fələstinin istənilən nöqtəsini hədəfə almağa qadirdir. Bizim günahımız Livanın ərazi bütövlüyü və milli hakimiyyətini qorumaq üçün silaha sarılmağımızdır.”

Seyid Həsən Nəsrullah hər bir livanlının seçkilərdə iştirak etməsini istəyərək, deyib: Sizin seçkilərdəki iştirakınız müqavimət yolunda birlikdə dinc yanaşı addımlamaq mesajına malikdir.

 

 

Teqlər