Qəzzə zolağında fələstinli gənc şəhid olub
Qayıdış Haqqı böyük yürüşündə sionist hərbçilərin atəş açması nəticəsində yaralanan fələstinli gənc bazar günü yaralarının ağırlığı üzündən şəhid olub.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) hərbi qolu Şəhid İzəddin Qəssam batalyonlarının komandanlarından şəhid Məhəmməd Cəbrayıl Şimalinin 20 yaşlı oğlu Abdulla Məhəmməd Şimali ötən cümə günü Rəfəhin şərqində Qayıdış Haqqı yürüşü zamanı sionist işğalçıların atəş açması nəticəsində sinə nahiyəsindən yaralanmışdı.
Abdulla Məhəmməd Şimalinin yaralanması ilə Qayıdış Haqqı yürüşündəki şəhidlərin sayı 40 nəfərə çatıb. Yaralıların sayı isə 4500 nəfəri ötüb. Onlardan 120 nəfərin vəziyyəti ağırdır.
30 martdan Qəzzə zolağında Torpaq Günü münasibəti ilə başlanan Qayıdış Haqqı yürüşü davam etməkdədir.
Torpaq Gününün ildönümündə fələstinlilərin yürüşü 30 mart 1976-cı ildə fələstinlilərin ərazilərinin müsadirə edilməsi ilə bağlı sionist rejimin qərarını xatırladır.