Apr 25, 2018 09:56 Asia/Baku
  • Nuri Maliki: Ərəbistan İraqda növbəti seçkilərə təsir göstərmək ardıncadır
    Nuri Maliki: Ərəbistan İraqda növbəti seçkilərə təsir göstərmək ardıncadır

İraq prezidentinin müavini çərşənbə axşamı günü Əl-Məyadin xəbər televiziyası ilə müsahibədə bildirib: Səudiyyə Ərəbistanı bütün maliyyə və media imkanlarından istifadə edərək İraqın növbəti seçkilərinin nəticələrinə təsir göstərmək ardıncadır.

İRNA-nın məlumatına görə, Nuri əl-Maliki xatırladıb: Ər-Riyad Nəcəf və Bəsrədə konsulluqlarını açmaqla və iraqlı rəsmilər və şeyxlərlə görüşlər keçirməklə İraqda nüfuz edə biləcəyi xülyasındadır. 

İraq parlament seçkiləri 12 may 2018 tarixində keçiriləcək. 143 partiyaya şamil olan 27 seçki koalisiyası müstəqil şəxsiyyətlər və partiyalarla birlikdə bu seçkilərdə rəqabət aparacaqlar. 

İraq prezidentinin müavini həmçinin səudiyyə rejiminin Yəməndəki cinayətlərinə toxunub və deyib: Ər-Riyad Yəmən böhranına qərq olub. 

Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəmən müharibəsi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman çatışmazlığı ilə üzləşib. 

Səudiyyə rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki məqsədlərinə çata bilməmişlər. 

Teqlər