Apr 25, 2018 12:25 Asia/Baku
  • Suriya ordusu terrorçuların mövqeləri əleyhinə irimiqyaslı əməliyyat keçirib
    Suriya ordusu terrorçuların mövqeləri əleyhinə irimiqyaslı əməliyyat keçirib

Suriya ordusu qüvvələri Dəməşqin cənubunda təkfirçi qruplaşmaları tam şəkildə məhv etmək üçün onlara ağır zərbələr endiriblər.

SANA-nın məlumatına görə, Suriya ordusu qüvvələri Suriyanın cənub bölgələrində terrorçuları tam məhv etmək üzrə hərbi əməliyyatın davamında Qərbi Qutənin Həcərül-Əsvəd bölgəsində onların səngərləri, müdafiə istehkamları və gizli məkanlarına ağır zərbələr endiriblər. 

Suriya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ordu qüvvələrinin Dəməşqin cənubunda terror qruplaşmaları ilə ağır qarşıdurmaları davam edir. Ordunun ağır artilleriyası terrorçuların səngərləri, ön cəbhəsi və müdafiə xətlərini məhv edib. Suriya ordusu bölmələrinin Dəməşqin cənubunda terrorçuların mövqelərinə qarşı əməliyyatı üç istiqamətdən icra olunur. Əsas məqsəd terror qruplaşmalarının əlaqə və yardım yollarını kəsmək, onları mühasirəyə almaq və sonda terrorçuları məhv etməkdir. 

Suriya ordusu bölmələri Dəməşqin cənubunda Həcərül-Əsvəd bölgəsində irəliləyişi davam etdirməklə və terrorçuların bir çox səngər və tunellərini ələ keçirməklə, qaçmaqda olan bir qrup terrorçunu öldürüblər. Suriya ordusunun terrorçuların mövqelərinə qarşı irimiqyaslı əməliyyatı Dəməşqin cənubunda terrorçuların işğalında olan bölgələrin tam şəkildə azad olunması, minaatanların hücumlarına məruz qalan Dəməşqin ətraf bölgələrinin sakinlərinin təhlükəsizliyinin təmin olunmasınadək davam edəcək. Terrorçuların Dəməşqin ətrafında Nəhr Eyşə məhəlləsinə minaatanla hücumunda beş sivil həlak olub. Ötən gün baş verən bu hücumda bir qrup da yaralanıb. 

Xilasedicilərdən biri deyib: 27 nəfər hücuma məruz qalıb, onlardan beş nəfəri şəhid olub. 

Teqlər