Yəmən vətəndaşları "Tüfənglər" böyük yürüşündə iştirak ediblər
-
Yəmən vətəndaşları "Tüfənglər" böyük yürüşündə iştirak ediblər
Minlərlə Yəmən vətəndaşı Məsirə əl-Bənadiq (Tüfənglərin yürüşü) adlı yürüşdə iştirak etmək üzrə Yəmənin Ali Siyasi Şurasının sabiq sədri Saleh Əs-Səmadın müraciətinə cavab olaraq bu gün günortadan sonra əl-Hüdeydə şəhərinin əl-Əruz meydanına daxil olub.
Fars Xəbər Agentliyinin məlumatına görə, yürüşdə əllərində Saleh Əs-Səmadın şəkillərini daşıyan və tüfəngə sarılmış iştirakçılar ABŞ və Ərəbistan əleyhinə şüarlar səsləndiriblər.
Yəmənin Ali Siyasi Şurasının sabiq sədri Saleh Əs-Səmad ötən cümə axşamı günü şəhid olmamışdan öncə əl-Hüdeydə əhalisindən səudliyyəli koalisiyanın hər hansı təcavüzü ilə mübarizə aparmaq üçün "Tüfənglərin Böyük Yürüşü" adlı yürüşü keçirməsini istəmişdi.
Səudiyyəli təcavüzkar koalisiyanın qırıcı təyyarələri həmin gün əl-Hüdeydə sakinlərinin yürüşə dəvət olunmasından bir neçə saat sonra Saleh Əs-Səmadı aparan avtomobili atəşə tutdu və onu terror etdilər.
Səudiyyəli təcavüzkar qırıcıların Əs-Səmadı terror etməsi regional və beynəlxalq sərt tənqidlərə səbəb olub.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin ABŞ-ın dəstəyi ilə Yəmənə hərbi təcavüzü indiyədək on minlərlə yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib.