Apr 25, 2018 22:08 Asia/Baku
  • Dəməşqin Şərqi Qələmun bölgəsi tamamilə azad edildi
    Dəməşqin Şərqi Qələmun bölgəsi tamamilə azad edildi

Suriya ordusu bildirib: Dəməşqin ətrafında Şərqi Qələmun bölgəsi terrorçuların işğalından azad edilib.

Suriyanın rəsmi informasiya agentliyi SANA-nın məlumatına görə, Suriya ordusu bildirib: Dəməşqin cənub-qərb ətrafı və Əz-Zibdani və Beyt Cinn bölgələri Dəməşqə hücum etmək üçün terrorçuların əsas səngəri sayılan Şərqi Qutəyə qədər bütün ərazilər minimum xəsarətlə və bir neçə ay ərzində terrorçuların işğalından azad olunub.

Terrorçular və onların ailələrinin Şərqi Qələmundan çıxmağa və onların Suriyanın şimalına köçürülməsinə dair Suriya hökuməti və terror qruplaşmaları arasında razılaşma ötən günə qədər davam edib. 

Suriya dövlət televiziyası bildirib: Silahlı terrorçular Şərqi Qələmun bölgəsini tərk etməzdən öncə, ağır silahları, o cümlədən 30 ədəd tank və bir neçə raketi çoxlu miqdarda sursatla birlikdə Suriya ordusuna təhvil veriblər.

Digər tərəfdən Suriya İnsan Haqları Gözətçisi Təşkilatı bildirib: Terrorçuları daşıyan son karvan çərşənbə axşamı günü Şərqi Qələmunu təkr edib və Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində Türkiyənin Fərat Qalxanı əməliyyatı qüvvələrinin nəzarətində olan bölgəyə çatıb.

Dəməşqin ətrafında Şərqi Qələmun bölgəsinin azad olunması Suriya ordusunun 14 apreldə strateji Şərqi Qutə bölgəsini dörd il işğaldan azad etməsindən sonra baş verib.

Teqlər