Apr 26, 2018 16:27 Asia/Baku
  • Trampın anti-Qüds qərarından sonra 94 fələstinli şəhid olub

ABŞ prezidenti Donald Trampın anti-Qüds qərarından sonra sionist hərbçilərin atəşləri nəticəsində indiyədək 94 fələstinli şəhid olub.

ABŞ prezidenti geniş regional və beynəlxalq müxalifətlərə rəğmən, 2017-ci il dekabrın altısında Qüdsü sionist rejimin paytaxtı kimi tanıdı.

Qüds Araşdırmalar Mərkəzi bir hesabatda bildirib: Trampın bəyanatının verildiyi zamandan bəri 72 nəfər Qəzzə zolağında, yeddi nəfər Nablusda, on beş fələstinli də Cenin, Əlxəlil, Ramullah, Əriha, Qüds, Qəlqiliyya və Tulkərmdə şəhid edilibdir.

Bu məlumata görə, həmin müddət ərzində şəhid edilmiş fələstinlilərdən on səkkizi uşaq və on səkkiz yaşından aşağı yeniyetmə olubdur ki, onların yeddi nəfəri sionist hərbçilərin böyük "Qayıdış haqqı" aksiyasına qarşı basqını zamanı şəhid edilibdir.

Belə bir halda, dörd fələstinli də sionist rejim hərbçiləri tərəfindən həbs olunarkən şəhid edilib. Həmçinin sionistlər altı fələstinli şəhidin cənazəsini hələ öz ailələrinə təhvil verməyiblər.

Qüds Araşdırmalar Mərkəzi Fələstinin hökumət orqanlarından, eləcə də hüquq müəssisələrindən istəyibdir ki, böyük "Qayıdış haqqı" aksiyasının beşinci həftəsində törətdiyi hərbi cinayətlərə görə sionist rejim ordusunu beynəlxalq məhkəmələrdə mühakimə etsinlər.

"Yer günü" münasibətilə martın otuzunda Qəzzə zolağında başlanmış və davam etməkdə olan dinc "Qayıdış haqqı" aksiyasında indiyədək qırx iki fələstinli şəhid olub, 4600-dan çox fələstinli də yaralanıbdır ki, onlardan 130 nəfərdən çoxunun vəziyyəti ağırdır.

 

Teqlər