Əl-Cəfəri: Sionist rejimin işğalçılığına son qoyulmalıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i304428-Əl_cəfəri_sionist_rejimin_işğalçılığına_son_qoyulmalıdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi bildirib: BMT Təhlükəsizlik Şurası sionist rejimin ərəb ərazilərindəki işğalçılığına son qoymalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2018 04:35 Asia/Baku
  • Əl-Cəfəri: Sionist rejimin işğalçılığına son qoyulmalıdır
    Əl-Cəfəri: Sionist rejimin işğalçılığına son qoyulmalıdır

Suriyanın BMT-dəki daimi nümayəndəsi bildirib: BMT Təhlükəsizlik Şurası sionist rejimin ərəb ərazilərindəki işğalçılığına son qoymalıdır.

Suriyanın əl-Əxbariyyə televiziyasına istinadla verdiyi məlumata görə, Bəşşar əl-Cəfəri ötən gecə BMT Təhlükəsizlik Şurasının iclasında İsrail rejiminin Fələstin, Suriya və Livan ərazilərini işğal etməsi, sakinlərini didərgin salması və onların ərazilərini müsadirə etməsinə toxunub və deyib: Bu ərazilər öz ölkələrinə qaytarılmalıdır. 

Suriyanın BMT-dəki daimi nümayəndəsi bildirib: Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinə hakimiyyət hüququ müzakirə ediləsi deyildir, Suriyanın işğal və qəsb edilmiş ərazisi tam şəkildə Suriya xalqına verilməlidir. 

Beytül-Müqəddəsin paytaxtlığı ilə müstəqil Fələstin dövlətinin yaradılmasını vurğulayan Bəşşar əl-Cəfəri deyib: Təhlükəsizlik Şurası İsrail rejimini ərəb və Fələstin ərazilərinin işğalına son qoymağa məcbur etməlidir. 

Suriyanın BMT-dəki daimi nümayəndəsi həmçinin sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini qınayaraq Təhlükəsizlik Şurasından bu cinayətlərə son qoyulması üçün bu rejimə təzyiq göstərməsini istəyib.