Səudiyyəli təcavüzkarlar Əsir vilayətindəki əməliyyatda uğursuzluqla üzləşib
-
Səudiyyəli təcavüzkarlar Əsir vilayətindəki əməliyyatda uğursuzluqla üzləşib
Yəmən ordusu qüvvələri Ərəbistanın Əsir vilayətində yerləşən Məndəbə bölgəsində səudiyyəli təcavüzkar qüvvələr və onların muzdlularının irimiqyaslı əməliyyatının qarşısını alıblar.
İRNA-nın Yəmənin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, bu əməliyyat yəmənli qüvvələrin zamanında mübarizə aparmaları ilə səudiyyəli təcavüzkarların məğlubiyyəti ilə nəticələnib və çoxlu sayda muzdlu öldürülüb.
Bu arada Yəmən ordusunun snayperləri Marib vilayətində istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadiyə bağlı qüvvələrdən dörd nəfəri öldürüblər.
Yəmən qüvvələri həmçinin Təiz və əl-Couf vilayətlərində bir qrup təcavüzkar qüvvəni öldürüblər.
Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəmən müharibəsi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman çatışmazlığı ilə üzləşib.
Səudiyyə rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki məqsədlərinə çata bilməmişlər.