Bin Salman Yəmən müharibəsini Livana nəql etməyə çalışır
Livanın əl-Əxbar qəzeti Birləşmiş Ərəb Əmirliklərinin Vainqtondakı səfirinin elektron məktubunu dərc edib. Məktubda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın Yəmən müharibəsini Livana nəql etməyə cəhd etdiyi əks olunur.
Livanın əl-Əxbar qəzeti Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı səfiri Yusif əl-Ətibənin elektron məktubunu dərc edib. Məktubda Ərəbistan vəliəhdinin müşaviri Əbdürrəhman Əs-Sədhanın Yəmən müharibəsinin Livana nəql edilməsi üzrə müraciətinə toxunulub.
Bu məktubda həmçinin Livan baş naziri Səd Həririnin Ər-Riyad tərəfindən maliyyə anlaşması bəhanəsi ilə həbs olunduğu gündə təhdid olunmasına da toxunulub.
Əl-Əxbar tezliklə bu elektron məktubun tam mətnini öz saytında yerləşdirəcək.
Yəmən müharibəsinin uzun və nəticəsiz olması, Qətərlə diplomatik böhran, eləcə də Livan baş naziri Səd Həririnin istefa macərası ardınca Ərəbistan hər üç halda uğursuzluqla üzləşib.
Həriri 2017-ci il noyabr ayında gözlənilmədən Ərəbistana səfər etdi və İran və Hizbullah əleyhinə sərt açıqlamadan sonra istefa verdi. Lakin öz istefasını bildirdikdən bir ay sonra Fransanın vasitəçiliyi ilə Beyruta döndü və Livan rəsmilərinin məsləhətləşməsi ilə öz istefasını geri götürdü.
Bu olaylar haqda çoxlu naməlum məsələlər vardır. Livanın ictimai fikrini Ərəbistanın Beyruta müxtəlif formalarda təzyiqlərinin davam etməsindən nigaran etmişdir.
Ərəbistan bir müddət öncə də Livanı təkfirçi-terror qruplaşmaları ilə üzləşdirərək bu ölkəni destabil etmək, bu vəziyyətdən faydalanmaq ardınca idi. Lakin Livan ordusu və müqavimətinin təkfirçi terrorçulara ağır zərbələr endirməsi səudiyyəlilərin bu məkrli planını məğlubiyyətə uğratdı.