Fələstinlilərin aksiyasının beşinci cüməsində üç şəhid və 611 yaralı
-
Fələstinlilərin aksiyasının beşinci cüməsində üç şəhid və 611 yaralı
On minlərlə fələstinlinin iştirakı ilə Qəzzə zolağının sərhəd bölgəsində keçirilən "Qayıdış Haqqı" yürüşünün beşinci cüməsində indiyədək üç fələstinli şəhid olub, 611 nəfər də yaralanıbdır.
Cümə günü keçirilən "Qayıdış Haqqı" yürüşündə sionist qəsbkarlar bu dinc aksiyanın iştirakçılarına tərəf atəş açıb, gözyaşardıcı qaz buraxıb və qaz bombaları atıblar. Nəticədə indiyədək üç fələstinli şəhid olub, 611 nəfər də yaralanıbdır. Yaralılar arasında on bir jurnalist və yardım qüvvəsi nəzərə çarpır.
Cümə aksiyası xüsusi önəmə malik idi, zira cümə axşamı günü MOSSAD casusluq təşkilatı tərəfindən Malayziyada terror olunmuş fələstinli alim şəhid Fadi Əlbətşin cənazəsi Qəzzə zolağına gətirilərək, orada dəfn olunubdur.
Belə bir halda, "Qayıdış Haqqı" yürüşlərinin başlanmasından bəri indiyədək 48 fələstinli şəhid olub, 6411 nəfərdən çox fələstinli də yaralanıbdır ki, onlardan 140 nəfərdən çoxunun vəziyyəti ağırdır.
Qəzzə zolağındakı fələstinlilər "Yer günü"nün ildönümü münasibətilə martın otuzundan etibarən bu məntəqədə "Qayıdış haqqı" aksiyası keçirirlər.
Fələstinlilər 1976-cı ildən bəri martın otuzunu "Fələstinlilərin yer günü" kimi qeyd edirlər. Sionist rejim 1976-cı ilin martında fələstinlilərin torpaqlarından minlərlə hektarı işğal etdi və bu hərəkət bütün Fələstində fələstinlilərin geniş hiddətinə səbəb oldu.