Apr 29, 2018 08:55 Asia/Baku
  • Yəmən sərhədində 6 səudiyyəli hərbçi öldürülüb

Yəmən qüvvələrinin Ərəbistanla sərhəd bölgədə səudiyyəli hərbçilərin qərargahına hücumunda azı 6 səudiyyəli hərbçi öldürülüb.

Əl-Məsirə televiziyasının məlumatına görə, ötən gecə Ərəbistanın cənubunda əl-Hədd sərhər bölgəsində səudiyyəlilərin mövqelərinə qarşı keçirilən əməliyyatda çoxlu sayda səudiyyəli hərbçi yaralanıb və onların mövqeləri məhv edilib. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi ötən gecə Cizanda səudiyyəli hərbçilərin məqsədlərini 8 raketlə vurub. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin səudiyyəli təcavüzkarların paytaxt Sənaya hücumuna reaksiyada və Yəmənin Ali Siyasi Şurasının mərhum sədri şəhid Saleh Əli Əs-səmadın dəfn mərasimi astanasında baş tutub. 

Səudiyyə Ərəbistanın Yəmənə hücumları ABŞ-ın dəstəyi ilə 2015-ci il 25 martdan başlayıb. Bu hücumlar Yəmən vətəndaşlarının qırğın edilməsi, bu ölkənin əsaslı infrastrukturlarının məhv edilməsi ilə nəticələnir. 

Yəmən qüvvələri təcavüzkarların hücumlarına reaksiyada Yəməndə və Ərəbistan ərazisində Ali-Səud rejimi və onun muzdlularının mövqeləri və bazalarını atəşə tuturlar. 

Teqlər