Yəmən XİN BMT-yə məktub ünvanladı
Yəmən Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatına ünvanladığı məktubda Səudiyyə Ərəbistanının Ənsarullah Hərəkatının Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadı terror etməsini müharibə cinayəti adlandırıb.
Əl-Aləm televiziyasının məlumatına görə, Yəmən Xarici İşlər Nazirliyi bu məktubda bildirib: Saleh Əs-Səmadın terror edilməsi beynəlxalq qanunların açıq-aşkar şəkildə pozulmasıdır və Yəmənə təcavüz edən ölkələrin sülh üçün heç bir niyyətinin olmadığını göstərir.
Yəmən XİN həmçinin təcavüzkarların Yəmən xalqına qarşı cinayətləri haqda araşdırma aparmaq üçün müstəqil beynəlxalq komitənin təşkil edilməsinin vacibliyini vurğulayıb.
Saleh Əs-səmad 19 apreldə Yəmənin qərbində əl-Hüdeydə vilayətində səudiyyə rejimi qırıcı təyyarələrinin hücumunda şəhid edilib.
Saleh Əs-Səmadın dəfn mərasimi paytaxt Sənada Əş-Şüəb məscidində keçirilib.