Apr 29, 2018 23:21 Asia/Baku
  • Ali-Xəlifə rejimi Bəhreyn alimlərini hədələyib

Ali-Xəlifə rejiminin Daxili İşlər Nazirliyi bəhreynli alimləri vətəndaşların edam hökmlərinə qarşı çıxdıqlarına görə hədələyib.

İRNA-nın məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi bu gün bildirib: Seyid Abdulla əl-Qərifi, Şeyx Hüseyn Əs-Sətri, Şeyx Məhəmməd Sale Ər-Rəbii və Şeyx Məhəmməd Sənqura ayrı-ayrı məktublarda xəbərdarlıq edilib ki, vətəndaşların edamı qərarının ləğvi üzrə müraciət etdikləri halda onlarla cəza şəklində davranılacaq.

Bəhreynin tanınmış alimləri ötən cümə günü bir bəyanatda bir neçə vətəndaşa qarşı edam qərarının ləğv edilməsini müsbət qarşılayaraq ümid ediblər ki, bu addım başqa məhkumlara da şamil olacaq və heç bir müxalif həbsə atılmayacaq.

Teqlər