Sionistlər İordan çayının qərb sahilinə basqın etdi; 8 fələstinli saxlanıldı
Apr 29, 2018 18:52 Asia/Baku
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək ittihamı elan olunmadan 8 fələstinlini həbs ediblər.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, sionistlərin İordan çayının qərb sahilinə hücumunda fələstinlilərlə sionist hərbçilər arasında qarşıdurma baş verib.
Sionist hərbçilər hər gün İordan çayının qərb sahilinə hücum edərək fələstinli gəncləri heç bir ittiham irəli sürmədən həbs edirlər.
Teqlər