Sionist rejim hərbçiləri üç fələstinlini şəhid ediblər
-
Sionist rejim hərbçiləri üç fələstinlini şəhid ediblər
Sionist rejim ordusu dünən bildirib ki, sionist hərbçilərin atəşləri ilə üç fələstinli şəhid edilib.
Sionist rejim ordusu bildirib ki, iki fələstinli sionist hərbçilərin atəşləri ilə şəhid edilib, bir fələstinli isə bundan öncə sərhədin digər bir hissəsində sionist hərbçilər tərəfindən şəhid edilmişdi.
Bu fələstinlilərin şəhid edilmələri ilə, Qəzzədəki bufer təhlükəsizlik divarı yaxınlığında keçirilən geniş aksiyaların başlanmasından bəri şəhid edilmiş fələstinlilərin sayı 48 nəfərə çatıb. Bu aksiya martın otuzundan başlanıbdır.
1500-dən çox fələstinli də "Qayıdış haqqı" aksiyasının başlanmasından bəri yaralanıbdır. Bu etirazlar boyu heç bir sionist öldürülməyibdir.
"Qayıdış haqqı" aksiyası fələstinlilərin 1948-ci ildə işğal olunmuş Fələstin ərazilərinə geri dönmək üzrə haqlarını tələb edir.
May ayının yarısında öz kulminasiya nöqtəsinə çatacaq fələstinlilərin səfərbərliyi həmçinin sionist rejimin Qəzzəyə qarşı tətbiq etdiyi mühasirəni pisləyir.
Sionist rejim fələstinli Həmas hərəkatı ilə mübarizə üçün Qəzzə zolağını mühasirə edib və 2008-ci ildən bəri üç dəfə Həmas-la savaşa giribdir.
İşğalçı sionist rejimin bildirdiyinə görə, cüməgünkü aksiyada təqribən on min fələstinli iştirak edibdir.
Sionist rejim ordusu hərbi qüvvələrdən şiddətlə istifadə ilə bağlı ittihamlar, eləcə də BMT və Avropa Birliyinin bu hadisələr barədə müstəqil təhqiqat üzrə tələbləri ilə üzləşibdir.