Amerikanın Suriya cinayətində onlarla nəfər həlak olub və yaralanıb
-
Amerikanın Suriya cinayətində onlarla nəfər həlak olub və yaralanıb
ABŞ koalisiyasının Suriyanın Həsəkə vilayətinə hava hücumları nəticəsində onlarla nəfər həlak olub və yaralanıb.
Suriyanın Rəsmi İnformasiya Agentliyi SANA-nın məlumatına görə, bir neçə bölgə, o cümlədən Həsəkənin cənubunda Əş-Şəddadi şəhəri yaxınlığında əl-Fazil kəndi ABŞ bombaları nəticəsində tamamilə məhv olub.
ABŞ və müttəfiqləri 2014-cü il avqust ayından İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə BMT çərçivəsindən kənar koalisiya təşkil ediblər. ABŞ-ın başçılıq etdiyi koalisiya indiyədək İraq və Suriyada çoxlu sayda günahsız vətəndaşı al-qana boyayıb.
Suriyadan əldə olunan digər məlumata görə, Dəməşqin cənubunda Yərmuk düşərgəsindən terrorçuların çıxması üzrə razılaşmanın ilk mərhələsində indiyədək 200 terrorçu bu düşərgədən çıxıb.
Terrorçular Suriyanın şimal-qərbində Ən-Nüsrə Cəbhəsi terrorçularının əsas mərkəzi olan İdlibə nəql olunmalıdır.
Yərmuk düşərgəsi 2015-ci il 1 apreldən İŞİD və Ən-Nüsrə Cəbhəsi terrorçularının toqquşduğu məkana çevrilmişdir.
Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Ərəbistan, ABŞ və müttəfiqləri, o cümlədən Britaniya və Fransanın dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb.