Yaponiya öz səfirliyini Qüdsə köçürməyəcək
Yaponiyanın baş naziri Şinzo Abe dünən gecə Ramullah şəhərində Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşdə vurğulayıb ki, bu ölkənin səfirliyi Qüdsə köçürülməyəcəkdir.
Yaponiyanın baş naziri dünən gecə İordaniyadan işğal olunmuş ərazilərə daxil olub.
Abe bu gün gecə sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşməlidir.
ABŞ prezidenti geniş regional və beynəlxalq müxalifətlərə rəğmən, ötən milad ili dekabrın altısında bildirdi ki, Ağ Ev Qüdsü sionist rejimin paytaxtı kimi tanıyır. Tramp həmçinin ABŞ dövlət departamentindən istədi ki, bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üzrə hazırlıq işlərini görsün.
Trampın bu hərəkətinin ardınca sionist rejim, bu rejimlə əlaqəyə malik olan ölkələrdən öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmələrini istədi.
Qüds 1967-ci ildən sionist rejimin işğalı altındadır.